Vəsaitlər:

  • 200 qram tereyağ
  • 8 yemək qaşığı şəkər
  • 2 ədəd yumurta
  • 3 su bardağı un
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı vanil
  • Üst bəzəmələr üçün: şokolad, qoz, limon qabığı,

Kərəyağını otaq istiliyində yumşaldın. Şəkərlə birlikdə krem ​​halına gələnə qədər yoğurun. Bir yumurtanın ağını ayırın, digərini xəmirə əlavə edin yoğurmağa davam edin. Un qabartma, tozu, vanil əlavə edib yumşaq bir xəmir hazırlayın. Vanil ekstresi( vanilya ekstraktı) istifadə etsəniz daha gözəl nəticə əldə edərsiniz. Bir də saf vanil tozu satılmaqda, daha gözəl nəticə verər, lakin çox az istifadə etməlisiniz. Bir ölçü peçenye üçün çay qaşığının ucuyla istifadə kafi olar. Daha çoxu acı dad verəcək. Xəmiri 15 dəqiqə buz şkafında istirahət etdirin. Mərdanə ilə 4-5 milim qalınlığında açın. Müxtəlif qəliblərlə kəsib yağlı kağız serdiğiniz nimçəyə dizin.180 dərəcə isidilmiş sobada 15 dəqiqə qədər bişirin.

Peçenyeləri kəsdikdən sonra sadə olaraq buraxa bilərsiniz. Yumurta axına batırıb sonra döyülmüş qoz batıra.

Yenə yumurta axına batırıb üzərinə rəndələnmiş və şəkərlə qarışdırılmış limon qabığı serpebilirsiniz.

Bişirdikdən sonra ərimiş çikoltaya batıra.

Nuş Olsun

Print Friendly, PDF & Email